Korporativə özəl təlim proqramları
FMR Trainings ümumi iştiraka açıq olaraq inkişaf proqramları və konfranslar çərçivəsində əldə etdiyi təcrübəni ekspert məsləhətçilər və yüksək səviyyəli menecerlər şəbəkəsi ilə birləşdirərək korporativlər üçün xüsusi təlimlər təşkil edir.
Onlayn və oflayn formatda olmaqla bir çox fərqli təlim üsullarından istifadə edərək qurumların və şəxslərin inkişafına töhfə verir, maksimum fayda təmin etməyi, korporativ və fərdi səmərəliliyi artırmağı hədəfləyirik.
Yalnız xidmət göstərdiyimiz qurumların təlim ehtiyaclarını qarşılamaqla yanaşı, həm də müvafiq qurumun sektordakı mövcud vəziyyətini, təşkilati quruluşunu, mədəniyyətini, iş üsullarını, gələcək strategiyalarını və gözləntilərini başa düşməyi hədəfləyərək təşkilatların inkişafına töhfə verməyi və onların yüksək gözləntilərini qarşılamağı əsas tuturuq.
Qurumunuza uyğunlaşdırılmış proqramlar
Qurumunuza özəl təlim xidmətləri
Sektoral Dizayn
Təlim proqramlarımızın məzmun və təlimçi seçimlərini sizin təşkilatınızın fəaliyyət göstərdiyi sektora uyğun olaraq edirik
Təlimin tərkib dizaynı
Təlim proqramlarımızın məzmununu texniki və nəzəri biliklər, praktiki məlumatlar, aktual nümunələr əsasında xüsusi olaraq tərtib edirik.
Tədris Metodunun Dizaynı
Təlim metodunu təşkilatınızın ehtiyac və məqsədlərinə uyğun olaraq seminar və məşq kimi bir çox fərqli təlim metodlarını əhatə edərək tərtib edirik.

